Əsas məzmuna keç

Dünyaca məşhur futbolçu dünya çempionu olan Azərbaycan millisini təbrik edib – VİDEO

Argentinalı ulduz futbolçu Lionel Messi minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan millisini təbrik edib.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə iş adamı Adnan Əhmədzadə sosial media hesabında video yayımlayıb.

Görüntülərdə futbolçunun qələbə münasibətilə Azərbaycan xalqını təbrik eetdiyi əks olunub.

Qeyd edək ki, ötən gün Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub. Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…