Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünya əhalisinin təmərküzləşdiyi şəhərlərdə problemlər də yığılıb qalır… Məsələn, İndoneziyanın paytaxtı Cakarta dünyanın ən çox əhalisi olan şəhərləri siyahısında birinci yeri tutur. Tezadlar.az “The Guardian” qəzetinə istinadla xəbər verir ki, BMT-nin hesabatına əsasən, Cakartada 42 milyon insan yaşayır.
Banqladeşin paytaxtı Dəkkə BMT reytinqində 37 milyon əhalisi ilə ikinci yerdədir.
Yaponiyanın Tokio şəhəri isə 33 milyon əhalisi ilə üçüncü yerdə qərarlaşıb.
Nyu-Delhi (Hindistan) və Şanxay (Çin) da ilk beşliyə daxil olan şəhərlərdir.
BMT-nin hesabatında bildirilir ki, 1950-ci ildən bəri Yer kürəsində şəhər sakinlərinin sayı iki dəfədən çox artıb. O zaman şəhərlərdə 2.5 milyard insan yaşayırdısa, indi dünya əhalisinin təxminən yarısı şəhərlərdə məskunlaşıb.
1975-ci ildən 2025-ci ilə qədər meqapolislərin sayı 8-dən 33-ə qədər artıb.