…Dünyanın ən zəngin 500 adamı ABŞ prezidenti Donald Trampın açıqladığı tariflərə görə ümumilikdə 208 milyard dollar itirib.
Tezadlar.az Reuters-ə istinadla bildirir ki, “Bloomberg” Milyarderlər İndeksinin 13 illik tarixində dördüncü ən böyük bir günlük azalma və COVID-19 pandemiyasından bəri ən böyük eniş kimi bu halı dəyərləndirib. “Bloomberg” tərəfindən izlənilən milyarderlərin yarısından çoxu orta hesabla 3,3% azalaraq itkilərə məruz qalıb. ABŞ milyarderləri, o cümlədən Mark Zukerberq və Ceff Bezos isə ən çox zərər çəkib. Meta səhmləri 9% ucuzlaşdıqdan sonra Zukerberq 17,9 milyard dollar, Amazon səhmləri 9% ucuzlaşdıqdan sonra isə Bezos isə 15,9 milyard dollar itirib.
İlon Mask bu il 110 milyard dollar, o cümlədən Teslanın səhmlərinin qiymətindən 11 milyard dollar itirib. Carvana-nın baş direktoru Ernest Garcia III şirkətin səhmləri 20% ucuzlaşdıqdan sonra 1,4 milyard dollar itirib. Shopify-ın həmtəsisçisi Tobi Lutke səhmlərin 20% ucuzlaşması nəticəsində 1,5 milyard dollar itirdi.
Digər tərəfdən, Meksikanın ən zəngin adamı olan Karlos Slim, Meksikanın yeni tariflərdən təsirlənən ölkələr siyahısından çıxarılması sayəsində tariflərin təsirindən xilas oldu. Onun sərvəti 4% artaraq 85,5 milyard dollara çatıb. LVMH-nin sahibi Bernard Arno da ABŞ-a alkoqol və dəbdəbəli malların ixracına gözlənilən tarif məhdudiyyətləri səbəbindən şirkətin səhmlərinin düşməsi nəticəsində sərvəti 6 milyard dollar dəyər itirərək itkilərə məruz qalıb.
Beləliklə, dünyanı Tramp rüsumları ilə imtahana çəkirlər. Hələ də bilinmir ki, itirən və daha çox qazanan kim olacaq.
A.Məmmədli






