Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Keşiş Vladimir Şutov, onun həyat yoldaşı və bir kilsə üzvü ailəsi Donetsk Xalq Respublikasında (DXR) Ukraynanın dron hücumu zamanı həlak olub.
Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Pravoslav Kilsəsinin Qorlivka və Slavyansk yeparxiyasının saytında məlumat verilib.
“Bir neçə gün əvvəl Kostyantinovka yaxınlığında yerləşən Aleksandro-Kalinovo kəndindəki Kral Şəhidləri Kilsəsinin keşişi, protokeşiş Vladimir Şutovun, onun həyat yoldaşı Svetlananın və səkkiz yaşlı uşağı olan kilsə üzvü ailəsinin faciəli ölümləri barədə məlumat aldıq”, – bəyanatda deyilir.
Yeporxiya qeyd edib ki, qurbanlara əvvəlcə dron hücumu edilib, ardınca minaatan atəşi açılıb. Mülki şəxslər hücum zonasından təkbaşına qaçmağa çalışıblar, lakin cəhdləri uğursuz olub. Dronlar gecə boyu hücum etməyə davam edərək kəndlilərin cəsədləri götürüb basdırmaq üçün yaxınlaşmasına mane olub.
E.ŞİRİNOV