Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Donetsk Xalq Respublikasının (DXR) Ali Məhkəməsi 32 yaşlı braziliyalı muzdlu əsgər Orley Menkatoya qiyabi olaraq 13 il həbs cəzası verib.
Tezadlar.az bildirir ki, bu barədə DXR Prokurorluğu məlumat verib.
Müzdlunun 2024-cü ilin yanvar ayında Polşa vasitəsilə Ukraynaya gəldiyi və müqavilə imzaladığı müəyyən edilib. Hərbi təlimi başa vurduqdan sonra o, 2025-ci ilin yayına qədər Ukrayna Silahlı Qüvvələrinin tərəfində Rusiya qoşunlarına qarşı döyüş əməliyyatlarında iştirak edib.
Prokurorluq bildirib ki, “bu hərəkətlərinə görə muzdlu əsgər 1,7 milyon rubldan çox məbləğdə təzminat alıb”.
Menkato beynəlxalq axtarışa verilib. Məhkəmə onu qiyabi olaraq maksimum təhlükəsizlikli həbsxanada 13 il müddətinə azadlıqdan məhrum edib.
E.ŞİRİNOV