Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Daşkənd şəhərində “Türk dövlətlərində məhkəmə-hüquq təhsili və ədalət mühakiməsi: rəqəmsal transformasiya və qabaqcıl yanaşmaların inteqrasiyası” mövzusunda beynəlxalq forum keçirilib.
Tezadlar.az xəbər verir ki, Türk Dövlətləri Məhkəmə-Hüquq Təhsili Şəbəkəsinə Özbəkistan Respublikasının sədrliyi çərçivəsində təşkil olunan forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan məhkəmə-hüquq təhsili müəssisələrinin nümayəndələri, beynəlxalq ekspertlər və akademik dairələrin təmsilçiləri iştirak ediblər.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılovun rəhbərliyi ilə Akademiyanın nümayəndə heyəti də forumda təmsil olunub. Rövşən İsmayılov çıxışında türk dövlətləri arasında məhkəmə-hüquq təhsili sahəsində əməkdaşlığın və institusional əlaqələrin əhəmiyyətini vurğulayıb.
Forum çərçivəsində süni intellektin hüquq təhsilində tətbiqi, rəqəmsal təhsil imkanları, innovativ tədris modelləri və peşə etikası məsələləri müzakirə olunub. İştirakçılar Özbəkistan Respublikası Ədliyyə Akademiyasının müasir tədris infrastrukturu və “Elektron Təlim” sistemi ilə tanış olublar.
Səfər çərçivəsində Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Özbəkistan Respublikası Ədliyyə Akademiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum məhkəmə-hüquq təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə elmi-tədris təşəbbüslərinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Forum iştirakçıları, həmçinin Daşkənddə İslam Sivilizasiyası Mərkəzi və Səmərqənd şəhərinin tarixi abidələri ilə tanış olublar.