23 Aprel 2025 / 08:22

Ədliyyə Naziriliyinin Notariat İdarəsində Xüsusi əməliyyat- SAXLANILANLAR VAR

Uzun illər adı korrupsiya hüquqpozmalar məkanı kimi çəkilən Ədliyyə Naziriliyinin Notariat İdarəsində hüquq mühafizə orqanları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində vergidən yayınma, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya faktları aşkar olunub. Tezadlar.az- a verilən məlumata görə, bununla bağlı Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi – Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər Baş İdarəsinin rəis müavini Anar Bahadır oğlu Süleymanovun saxlanıldığı bildirilir.
Xatırladaq ki, Ədliyyə Naziri Fərid Əhmədov 2024-cü ilin aprel ayında Anar Süleymanov bu vəzifəyə təyin etmişdi. Əldə edilən məlumata görə, hazırda Anar Süleymanovun bir sıra Notariuslara verdiyi qeyri- qanuni tapşırıq və icra edilən səndələrin yoxlanılması həyata keçirilir. Korrupsiya faktlarında əlbir olan şəxslərin və digər informasiyaların dəqiqləşdirilməsi aparılır. Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən sorğuya cavab olaraq bildiriblər ki, sən demə, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəis müavini Anar Süleymanov 14 aprel tarixindən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən qeyd etdilən əməliyyat tədbirlərinin aparılması barədə Ədliyyə Nazirliyində hər hansı məlumat isə yoxdur.
Bəs atalar deyirdilər ki, od olmayan yerdən tüstü çıxmaz! Buna deyərlər, yalançının evi yandı, amma heç kim inanmadı. Mətbuatda yetırincə vətəndaş şikayətləri var ki, notariusların saxta sənədləri ilə mülkiyyət hüquqları pozulub, yaxud özgə əmlakı qanunsuz olaraq ələ keçirilib. Sonradan isə iş məhkəmələrdə aparılıb, amma onda da iş işdən keçmiş olub.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!