Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda “Boranı” restoranı yanır. Tezadlar.az bildirir ki, hadisə restoranlar şəbəkəsinin “Əhmədli” metrostansiyası yaxınlığında olan filialında qeydə alınıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğınsöndürən texnikası cəlb olunub. Hadisə ilə əlaqədar restoranın işçi heyəti və müştərilər restorandan təxliyə edilib, Əhmədli metrosundan “Bakı kinoteatrı” istiqamətində yol nəqliyyatın hərəkəti üçün bağlanıb. FHN-dən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub: “Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək”.
Qiymətlərin bahalığı fonunda yazıq restoran “hirsindən” od tutub yanmasın, neyləsin… Kilosu 25 manat olan quzu ətindən 50 manatlıq kabab satılırsa, hamı rəhbərliyi deyil, yazıq restoranı söyür…
Səbuhi