Bu gün Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ictimaiyyətə müraciət edib. Tezadlar.az xəbər verir ki, o, videomüraciətində vətəndaşları 25 fevral tarixində aksiyaya çağırıb. Zurabişvili müraciətində deyib: “1921-ci il fevralın 25-ni hamımız xatırlayırıq, bunun nə olduğunu hamımız bilirik. Fevralın 25-də biz hamımız bir araya gəlib “Yeni işğala yox”, “Rusiya rejiminə yox!” deyəcəyik”.
Qeyd edək ki, 1918-ci ildə Gürcüstanda müstəqillik elan edildikdən üç il sonra 1921-ci ildə Sovet Rusiyasının rəhbərliyi Gürcüstanı güc yolu ilə işğal etmiş, fevralın 25-də Qırmızı Ordu paytaxt Tiflisi zəbt etmiş və nəhayət ölkədə kommunist rejimini quraraq Gürcüstanı Sovet Sosialist Respublikasına çevirmişdir.