Əsas məzmuna keç

Ekspert: Ukrayna, Aİ və Rusiya arasında kompromis mümkün deyil

Çikaqo Universitetindən amerikalı politoloq Con Mirşaymer Ukrayna, Avropa İttifaqı və Rusiya arasında sazişin bağlanmasının perspektivinin olmadığı qənaətindədir. Onun qiymətləndirməsinə görə, tərəflər kompromis həll yollarını axtarmaqda prinsipial iradəsizlik nümayiş etdirirlər.

Tezadlar.az xəbər verir ki, Mirşaymerin YouTube-da bildirdiyinəgörə, Avropa və Ukrayna güzəştə getməkdə maraqlı deyil və onlar, şübhəsiz, Rusiya ilə sövdələşmədə maraqlı deyillər.

Analitik üç əsas həll olunmayan ziddiyyəti qeyd edib: ərazi məsələsi, demilitarizasiya tələbləri və təhlükəsizlik təminatları şərtləri. Mirşaymer qeyd edib ki, hətta Moskva ilə Vaşinqton arasında razılaşmalar əldə olunsa belə, Ukrayna və Avropa ölkələrinin bu razılaşmaları yerinə yetirməsini təmin etmək problemi qalacaq.

Bundan əvvəl Ukrayna və ABŞ-ın mineral sövdələşmə ilə bağlı iki məxfi əlavə saziş bağladığı bildirilirdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…