Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Yanvar 2026 / 11:31

Əl-Hədəs: İran və İraq arasında uçuşlar dayandırılıb

İran və İraq arasında uçuşlar dayandırılıb.

Tezadlar.az bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Əl-Hədəs televiziya kanalı mənbələrə istinadən X səhifəsində məlumat verib.

Nəşr qeyd edir ki, İrandan İraqın bütün hava limanlarına uçuşlar ləğv edilib.

Bundan əvvəl Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, Avropa Birliyi İran rəhbərliyinin etirazçıların təzyiqi altında tez bir zamanda yıxılacağını gözləmir, lakin İslam Respublikasında vətəndaş cəmiyyətini dəstəkləməklə buna nail olmaq üçün çalışır.

Bir gün əvvəl Aİ ölkələrinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) “terror təşkilatı” kimi tanımağı müzakirə etdiyi bildirilib.

İranda milli valyutanın devalvasiyası ilə bağlı etirazlar dekabrın 28-də başlayıb. Buna cavab olaraq, hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, o cümlədən polis tərəfindən göz yaşartıcı qaz və hava tüfənglərindən istifadə edilib. Tehranda genişmiqyaslı nümayişlər keçirilib, ölkənin qərbində və cənub-qərbində, Məlikşah, Kirmanşah və Lordeqan şəhərlərində ən ağır toqquşmalar qeydə alınıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya ABŞ-ın İranda böhran yaratması barədə məlumat vermişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!