Əsas məzmuna keç

ELBRUSDAN 4 ALPİNİST TƏXLİYƏ EDİLİB

Xilasedicilər əlverişsiz hava şəraiti səbəbindən sıxışan 4 alpinisti Elbrusdan xilas ediblər. Bu barədə jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin KBR üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Xilasedicilər 4 nəfərdən ibarət qeydiyyatda olan qrupu 3,8 min metr hündürlüyə təxliyə ediblər, orada əlavə yardımdan imtina ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağlıq axtarış-xilasetmə dəstəsinin xilasediciləri axtarış-xilasetmə işlərinə cəlb olunublar”, – məlumatda deyilir.

Daha əvvəl bildirilib ki, 5,3 min metr hündürlükdə yerləşən Elbrus dağında 4 nəfərdən ibarət qrup hava şəraiti səbəbindən enə bilmir və kömək istəyir.

Fövqəladə Hallar Nazirliyinin Kabardin-Balkar Respublikası üzrə Baş İdarəsi gözlənilən pis hava şəraiti, yaxın günlərdə respublika ərazisində bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin sürətinin 25 m-dək güclənəcəyi barədə xəbərdarlıq edib.

Qeyd edəkki, Elbrus Avropanın ən hündür zirvəsidir (5642 m), ilboyu kurort kimi məşhurdur.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…