13 May 2026 / 15:23

Elektron Ticarət Bəyannaməsi xidmətindən istifadədə YENİLİK – VİDEO

2026-cı il 1 iyun tarixindən etibarən “e.customs.gov.az” saytında və “SmartCustoms” tətbiqində “Elektron Ticarət Bəyannaməsi” xidmətindən “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” vasitəsilə istifadə etmək mümkün olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumatda gömrük rəsmiləşdirilməsini daha sürətli şəkildə tamamlamaq üçün 1 iyun tarixinə qədər “Asanİmza”, “SİMA” və ya “MYGOV / QR” sistemlərindən birində qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!