Nəhayət, AXCP sədri Əli Kərimli Müsavat Partiyasının qərargahı önündə polis tərəfindən saxlanılıb. Tezadlar.az xəbər verir ki, bu gün günorta saatlarında Müsavat Partiyasının qərargahında bu gün keçirilən “Həmrəylik Marafonu”nda iştirak edən partiya sədri Əli Kərimli Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Onunla yanaşı, marafonu işıqlandıran Fatimə Mövlamlı və Nurlan Libre də polisə aparılıb.
Sonradan məlum oldu ki, Əli Kərimli saxlanıldıqdan sonra mənzilində axtarış aparılıb. Baş verənlər akademik Ramiz Mehdiyevlə bağlıdır.







