Naşı həkimlərin qurbanlarının sayı artmaqdadır. Belə qurbanlardan biri Gəncədə həyatla vidalaşıb. Tezadlar.az xatırladır ki, Gəncədə əlindəki ziyili götürmək üçün Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına baş vuran Türkan Balakişizadə adlı gənc xanım vəfat edib. Sosial media yayımlanan xəbərlərdən bəlli olur ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) işçisi olan Türkan nişanlı imiş və gələn ay toyu olacaqmış.
Məlumatda bildirilir ki, Gəncə şəhər Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.
ELÇİN