Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə beynəlxalq yarışda daha bir görüş baş tutub.
Tezadlar.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Elit polo club” Rusiyanın “Moscow polo club” komandası ilə üz-üzə gəlib.
Görüş Azərbaycan yığmasının 7:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, günün ilk matçında “Red Star” (Böyük Britaniya) və “Sankt Mortiz” (İsveçrə) komandaları qarşılaşıblar. Bu görüşdə İsveçrə təmsilçisi 7:6 hesablı qələbə qazanıb.
Azərbaycan təmsilçisi “Elit polo club” sabah Böyük Britaniyanın “Red Star” komandası ilə yarımfinalda üz-üzə gələcək. Digər yarımfinal qarşılaşması isə “Sankt Mortiz” (İsveçrə) və “Moscow polo club” (Rusiya) arasında keçiriləcək.
Oyunlarda qalib gələn komandalar sentyabrın 13-də finalda, məğlublar isə üçüncü yer uğrunda matçda qarşılaşacaqlar.
Turnirə sentyabrın 13-də yekun vurulacaq.







