Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev ABŞ-a işgüzar səfərə gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan liderinin mətbuat xidməti məlumat yayıb.
“Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gəlib”, – məlumatda deyilir.
Qeyd olunur ki, Azərbaycan prezidentinin təyyarəsi Endryus Birgə Hərbi Hava Bazasına enib.
Bir gün əvvəl Ermənistan hökuməti Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Tramp arasında planlaşdırılan görüş barədə məlumatı təsdiqləyib.
“The Washington Post” yazıb ki, İ.Əliyev və N.Paşinyan Vaşinqtonda danışıqlardan sonra Azərbaycan və Ermənistan arasında sülh sazişini elan edə bilərlər.
İyulun 19-da Azərbaycan prezidenti Bakı ilə İrəvanın sülh müqaviləsi imzalamağa yaxın olduğunu bildirib.
Bundan əvvəl Tramp Ermənistanla Azərbaycan arasında sülh prosesinin gedişatını dəyərləndirib.
E.ŞİRİNOV