Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti EURIE 2025-də iştirak edib

Oxunma sayı: 2069
Bakı Ali Neft Məktəbinin  rektoru Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində iştirak edib.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə BANM rektoru Elmar Qasımov öz sosial media hesabında məlumat paylaşıb.
“Rəhbərlik etdiyim nümayəndə heyəti İstanbulda keçirilən Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirak edib.
Səfər Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin qəyyumlar şurasının sədri Prof. Dr. Mustafa Aydının dəvəti ilə baş tutub.
Sammit çərçivəsində sərgilənən Bakı Ali Neft Məktəbinin stendi sərgi iştirakçılarının böyük marağına səbəb olub. Ali Təhsil Şurasının (YÖK) sədri Prof. Dr. Erol Özvar, Malayziyanın Ali Təhsil Naziri Dr. Zambry Abd Kadir, eləcə də EURAS prezidenti Prof. Dr. Mustafa Aydınla birgə BANM-ın stendinə baxış keçirilib.
Stenddə Ali Məktəbin innovativ tədris proqramları, beynəlxalq əməkdaşlıqları, tələbə mübadilə imkanları, sənaye ilə inteqrasiya olunmuş təcrübə proqramları və elmi-tədqiqat layihələri barədə ətraflı məlumat təqdim olunub”, – deyə rektor diqqətə çatdırıb.
Y.Məmmədli
Xəbəri paylaş