23 Dekabr 2025 / 22:28

Elşad Abdullayevin 15 illik azadlıqdan məhrumetmə cəzası necə icra olunacaq?

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Baş Prokurorluqdan Tezadlar.az- a verilən məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qiyabi hökm oxunub.

Hökmə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu il mayın 2-si Abdullayev Elşad İslam oğlu Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilərək Baş Prokurorluğun İstintaq idarəsinə çağırılıb. Çağırışa gəlməyən E. Abdullayev barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaqın yekununda Elşad Abdullayevə Cinayət Məcəlləsinin 137.5.2-ci (İnsan orqanlarının və toxumalarının alqı-satqısı, qanunsuz donorluğu və transplantasiyası, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) və 29, 312.2-ci (rüşvət verməyə cəhd etmə) maddələri ilə ittiham elan olunub.

Maraqlıdırş bu həbs cəzası necə icra ediləcək? E.Abdullayevi Fransadan ekstradisiya etmək mümkün olacaqmı?

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!