Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əməkdar artist, həmişə üzü gülən və hamını güldürən, təbəssüm bəxş edən Cabir İmanov vəfat edib. Tezadlar.az xəbər verir ki, Cabir İmanov bu gün infarkt keçirərək dünyasını dəyişib.
Xatırlatma: Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN “Əsrin Çempionu” olub. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyoru idi. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.