Professor Aida Qasımova maraqlı təkliflə çıxış edib. Tezadlar.az professorun sosial media platformasındakı həmin statusunu təqdim edir:
“Elm və təhsil naziri universitetlərdəki elm adamları ilə də maraqlanaydı, axı o həm də Elm naziridir. Məsələn:
-Professorların dərs yükü nə qədərdir? Bilirsinizmi?
-Həftədə 14-20 saat dərs deyən professorlar necə vaxt tapıb elmi yaradıcılıqla məşğul olurlar?
Gürcüstanda A kateqoriyalı pofessorlar fərqləndirilir və onlara 6000 azn ekvivalenti qədər maaş verilir. Maraqlanmısınızmı?
Doktoranturalara yer hansı prinsiplə ayrılır? Məsələn, 20 ilə yaxındır ki, mənim heç bir doktorantım, dissertantım yoxdur, halbuki digər sahədə (SCOPUS, Web of Science-də indeksləşən nəşrlərdə) ölkədə humanitar sahədə birinciyəm. Bu necə olur? İzah edin, zəhmət olmasa.
Ən əsası.. professor və dosentlərin maaşı barədə də fikir bildirin. Tələbələrin təxminən 90 faizi ödənişli təhsil alırsa, nədən bu, müəllimlərin maaşında əks olunmur? Buraxılış və kurs işlərini niyə ləğv elədiniz? Axı elmi tədqiqatın ilkin mərhələsi məhz bu işlərdir. Tələbə ilk müdafiəsni məhz bu işlərlə keçirib özünü sınayır, elmə həvəslənir. Əgər on tələbədən cəmi bir nəfər həvəslə iş yazıb müdafiə edərdisə, yenə də bu sistemi qorumağa dəyərdi. Suallar çoxdur, cavablar yoxa çıxıb….”.