Əsas məzmuna keç

ENERGETİKA NAZİRİ TƏRTƏRDƏ VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

Noyabrın 29-da energetika naziri Pərviz Şahbazov Tərtər, Ağdam, Ağcabədi, Bərdə və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Tezadlar.az xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Tərtər rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ5900,Tərtər şəhəri, Heydər Əliyev parkı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi,  598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Mingəçevir filialı (əlaqələndirici şəxs: Pünhan Qurbanov: əlaqə telefonu: (070) 590-00-09, elektron poçt ünvanı: office.mingachevir@regulator.gov.az) və İmişli filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: office.imishli@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…