23 Sentyabr 2024 / 10:07

ENERGETİKA NAZİRİ “WIND ENERGY HAMBURG” TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

Energetika naziri Pərviz Şahbazov Almaniyaya səfər edib. Nazir 24 sentyabr tarixində Hamburq şəhərində keçiriləcək “Wind Energy Hamburg” tədbirində iştirak edəcək.

Energetika Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə Avropa ölkələrindən olan rəsmilər, “WindEurope”, “Nordex Group”, “Landwind Group”, “Enterprise Singapore” və külək enerjisi sahəsində fəaliyyət göstərən digər şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir. Energetika nazirinin tədbirin açılış sessiyasında “İnvestisiyalar və qlobal əməkdaşlıq” mövzusunda və “Enerji keçidi” adlı sessiyada “Azərbaycanın yaşıl enerji ixracı strategiyası” mövzusunda çıxışları nəzərdə tutulur.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!