O, tualetdə içində qalın beş min rublluq əskinaslar olan çantanı gizlətdiyi yerdə yaxalanıb
Leninqrad vilayətində FTX enerji nəzarəti şöbəsinin rəisini korrupsiya şübhəsi ilə saxlayıb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, o, içində beş min rublluq əskinaslar olan çantanı gizlətdiyi yerdə tualetdə yaxalanıb. İddialara görə, o, rüşvəti istilik sistemləri quraşdıran şirkətin nümayəndəsindən alıb. Pul istilik elektrik stansiyalarının istismara verilməsinə icazə üçün “minnətdarlıq” əlaməti olub.
E.ŞİRİNOV







