Əsas məzmuna keç

ENERQODARDA FÖVQƏLADƏ ELEKTRİK ENERJİSİ KƏSİLİB

Zaporojye AES-in Enerqodar peyk şəhərciyindən kənarda yüksək gərginlikli xəttin fövqəladə dayandırılması baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə bələdiyyə administrasiyası öz Telegram kanalında məlumat yayıb.

“Şəhərdən kənarda yüksək gərginlikli xətt təcili bağlanıb. Demək olar ki, bütün şəhər işıqsız qalıb. Mütəxəssislər qəzanın səbəblərini və onun mümkün qədər tez aradan qaldırılması imkanlarını araşdırır”, – məlumatda deyilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…