Bir çoxlarının tanıdığı və sosial şəbəkələrdə “Enoor” adı ilə məş.hur olan Elnar Quliyeva ötən gün cinayət məsuliyyətinə cəlb edilib, saxlanılıb. Tezadlar.az Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istinadla bildirir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər əsasında məlum olub ki, “Enoor” xanım qadın alverçiliyinin banisi olub. Elnar Quliyevaya qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb. Binəqədi rayon Məhkəməsinin müvafiq qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.