Ağa Üykü və həyat yoldaşı Hayriye Üykü Türkiyədə Elazığın Karakoçan rayonunda baş verən evdə yanğında həyatını itiriblər.
Tezadlar.az xəbər verir ki, yanğın gecə saatlarında Karakoçan rayonunun Koçyiğitler kəndinin Ürünlü kəndində iki mərtəbəli evdə naməlum səbəbdən baş verib.
Xəbərdarlıq edildikdən sonra əraziyə Karakoçan Bələdiyyəsi Yanğından Mühafizə İdarəsi və jandarma qrupları göndərilib. Yanğın qruplar tərəfindən söndürülərkən, evdə olan Ağa Üykü və həyat yoldaşı Hayriye Üykünün həyatını itirdiyi müəyyən edilib. Cütlüyün cəsədləri Fırat Universiteti Xəstəxanasının morquna aparılıb.
ELBAR







