Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu yaxınlarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmişdi. O, buna görə məhkəməyə verilib. Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib. Onun sözlərirnə görə, CHP sədri Özgür Özəl barəsində 500 min lirəlik iddia qaldırılıb. Sitat:”Özgür Özəlin CHP-nin növbədənkənar qurultayında prezidentimiz barəsində əsassız ittihamlar irəli sürdüyünə və təhqiramiz ifadələr səsləndirdiyinə görə məhkəməyə müraciət edilib və yarım milyon lirə təzminat ödənilməsi istənilib”.
H.Aydın həmçinin bildirib ki, Türkiyə qanunvericiliyinə görə, Ankara Baş Prokurorluğunda məsələ ilə bağlı cinayət işi açılıb.
Özgür Özəl də özünə iki vəkil tutub və hazrda cinayət işi üzrə müdafiə çıxışı hazırlanır.
A.Məmmədli