Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların planlaşdırıldığı vaxt Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenskinin Türkiyədə görüşməməsi ilə ölkəsinin heç bir əlaqəsi olmadığını deyib.
Tezadlar.az Anadolu agentliyinə istinadən xəbər verir ki, o, bunu Albaniyadan qayıdarkən jurnalistlərə deyib.
“Bu baxımdan, vəziyyət (Putin və Zelenski arasında təmasların olmaması) bizimlə əlaqəli deyil”, – Anadolu agentliyi Ərdoğanın bu cür danışıqların niyə baş tutmadığı ilə bağlı suala cavabından sitat gətirib.
“Bu məsələdə fəal mövqe tutan liderlərə baxsanız, cənab Putin mühüm, aparıcı oyunçudur. Cənab ABŞ Prezidenti Donald Tramp da dominant oyunçudur. Cənab Zelenski də eyni vəziyyətdədir. Biz onların hamısına zəng vurmuşuq”, – Ərdoğan əlavə edib.
E.ŞİRİNOV