Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşür.
Tezadlar.az xəbər verir ki, Ərdoğan Putinlə mətbuata açıqlamasında deyib: “Artıq Akkuyu Elektrik Stansiyasının son mərhələsindəyik. Akkuyu Elektrik Stansiyasının açılışı ilə birlikdə bəzi yeni elektrik stansiyalarının açılışı istiqamətində addımlar atacağıq”.
Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Zirvə Toplantısı üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edib.
Ərdoğan Bişkekdəki İris Ordo Konqres Mərkəzində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Zirvə Toplantısında çıxış edib.
Prezident Ərdoğan zirvə toplantısı zamanı dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlər keçirib.
Ərdoğan həmçinin hazırda Rusiya Prezidenti Vladimir Putinlə də görüşüb.
Prezident Ərdoğan çıxışında aşağıdakı ifadələri əlavə edib:
“Həmçinin, hörmətli sədrlə bu fürsətdən bu gün yararlanmağı çox vacib hesab edirəm. Türkiyə-Rusiya münasibətləri bu gün əvvəlki dövrlərlə müqayisədə həqiqətən çox inkişaf etmiş səviyyədədir. Rusiyalı turistlərin Türkiyədəki əhəmiyyəti çox fərqlidir. Bu gün Antalya vilayətimizin ən vacib turizm şəbəkəsi Rusiyadan olan dostlardan ibarətdir. Bundan əlavə, sədrin əvvəllər qeyd etdiyi kimi, Akkuyu Elektrik Stansiyası Türkiyə-Rusiya münasibətlərində böyük əhəmiyyət kəsb edir. Artıq Akkuyu Elektrik Stansiyasının son mərhələsindəyik. İndi Akkuyu Elektrik Stansiyasının tamamlanmasını və açılışını gözləyirik. Çünki Akkuyu Elektrik Stansiyasının açılışı ilə birlikdə bəzi yeni elektrik stansiyalarının açılması üçün addımlar atacağıq. Kənd təsərrüfatı və enerji sahələrində güclü tərəfdaşlığımız var.”
ELBAR







