Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Dekabr 2025 / 09:14

Ərdoğan Ukraynada sülhün yaxında olduğunu deyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan – Ukraynada sülh prosesi, Türkiyənin Avropa İttifaqına üzvlüyü və Qara dənizdəki vəziyyətlə bağlı açıqlamalar verib. Tezadlar.az Haber- Türk- ə istinadla xəbər verir ki, prezident jurnalistlərlə söhbəti zamanı Ərdoğan Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdən sonra Ukraynada müharibənin bitməsinin yaxın olduğunu bildirib. “Ukraynada sülh uzaqda deyil, biz bunu görürük”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan eyni zamanda sülh planını ABŞ Prezidenti Donald Trampla da müzakirə etməyə ümid etdiyini qeyd edib. Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə toxunan dövlət başçısı bildirib ki, Avropa İttifaqı Türkiyə ilə münasibətlərə strateji baxış prizmasından yanaşarsa, bu, qarşılıqlı faydalı olar. Bununla yanaşı, Ərdoğan Qara dənizin hərbi qarşıdurma məkanı kimi qiymətləndirilməməli olduğunu deyib. Sitat: “Qara dənizin döyüş meydanına çevrilməsi nə Rusiyaya, nə də Ukraynaya fayda verir. Hər kəs üçün bu bölgədə təhlükəsiz naviqasiya vacibdir”.

Müharibə isə davam edir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!