Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Aprel 2025 / 11:57

Ərdoğan və Tramp iyunda Ağ Evdə danışıqlar apara bilər

Türkiyə və ABŞ iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında üzbəüz danışıqların təşkili imkanını nəzərdən keçirir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sammit Ağ Evdə baş tuta bilər.

“Dedilər ki, aprelin sonu, ya da mayın. İndi əsas diqqət iyun ayına düşür”, – məqalədə vurğulanır.

Jurnalistlər əlavə ediblər ki, hazırda Vaşinqton və Ankara Tramp və Ərdoğan arasında görüş üçün mümkün variantları üzərində işləyirlər.

Bundan əvvəl “Milliyet” qəzeti Türkiyə prezidentinin may ayında ABŞ-a işgüzar səfər etmək planları barədə məlumat vermişdi. Ərdoğanın ABŞ səlahiyyətliləri ilə gömrük rüsumlarının tətbiqini müzakirə edəcəyi gözlənilir.

Amerika hökuməti aprelin 2-də ölkəyə idxal olunan mallara yeni rüsumlar sistemi tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan məhsullar, o cümlədən Türkiyə məhsulları üçün 10% təşkil edib. Bununla belə, bəzi ölkələr üçün tariflərin əhəmiyyətli dərəcədə yüksək olduğu ortaya çıxıb.

Aprelin 7-də Tramp 75-dən çox ölkədən gələn mallara gömrük rüsumlarının dayandırıldığını elan edib. Sözügedən məhsullar 90 gün ərzində tariflərdən azad ediləcək.

Bundan əvvəl jurnalistlər ABŞ prezidentinin Türkiyəyə qarşı sanksiyaların ləğvi imkanlarını öyrəndiyini və ona döyüş təyyarələrinin satışına razılıq verdiyini bildirmişdilər.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!