Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında ikitərəfli, regional və qlobal məsələləri müzakirə edib.
Tezadlar.az xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Ukrayna-Rusiya birbaşa danışıqlarında əldə edilən irəliləyişi vacib hesab edib, növbəti raundlarda daimi sülhə gedən yolda atəşkəslə bağlı faydalı nəticələr arzulayıb.
O, liderlər səviyyəsində zirvə toplantısına ev sahibliyi etməyə hazır olduqlarını, hərbi, humanitar və siyasi sahələrdə işçi qrupların yaradılmasının zirvəyə gedən yolu açacağına inandığını bildirib.
Rəcəb Tayyib Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünə Türkiyənin dəstək verməyə davam etdiyini vurğulayıb.