Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada keçirdiyi görüşlə bağlı paylaşım edib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenski “X” səhifəsində Ərdoğanla əməkdaşlıq, təhlükəsizlik təminatları, atəşkəsin monitorinqi, dənizdə minalardan təmizləmə, Ukraynanın yenidən qurulması və dövlətlər arasında tərəfdaşlığın inkişafı məsələlərini də müzakirə etdiyini diqqətə çatdırıb. Zelenski bu məsələlərin əksəriyyəti ilə bağlı Ərdoğanla ortaq baxışa malik olduğunu qeyd edib.
Bu dəqiqələrdə isə Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşünün baş tutduğu deyilir. Təfərrüatlar barədə az sonra xəbər veriləcək.