Ərdoğan Zelenski ilə görüşəcək

Oxunma sayı: 307

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı axşama qədər Ankarada olacaq və burada rəsmi tədbirlər planlaşdırır.

Tezadlar.az bu barədə Türkiyə liderinin mətbuata açıqladığı iş qrafiknə əsasən xəbər verir.

Saat 13:00 radələrində (Bakı vaxtı ilə 14:00) Ərdoğan Vladimir Zelenskinin rəsmi qarşılanma mərasimi təyin edib. O, paytaxtdakı prezident kompleksində baş tutacaq. Bunun ardınca təkbətək danışıqlar, daha sonra genişləndirilmiş görüş və işçi nahar olacaq.

Bundan sonra saat 15:30 radələrində Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının mərkəzi ofisində keçiriləcək tədbirə qatılması planlaşdırılır. Onun saat 17:00-da başlaması planlaşdırılan daha bir rəsmi tədbiri var.

Bununla paralel olaraq İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların baş tutacağı gözlənilir. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Onun tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxil olub.

Rusiya prezidenti Vladimir Putin mayın 11-nə keçən gecə Kremldə jurnalistlərə açıqlamasında Kiyev hakimiyyətinə 2022-ci ildə kəsdiyi birbaşa danışıqları ilkin şərt olmadan bərpa etməyi təklif edib. Öz növbəsində, Vladimir Zelenski cümə axşamı İstanbula gəlmək niyyətini açıqlayıb. Bu bəyanat ABŞ prezidenti Donald Trampın Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılaşmağa çağırmasından sonra verilib. Bundan əvvəl Zelenski Moskva ilə danışıqları 30 günlük atəşkəs rejiminin tətbiqi ilə bağlı şərtləndirmişdi.

E.ŞİRİNOV    

 

Xəbəri paylaş

22 İyun