Əsas məzmuna keç

ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNƏ MƏXSUS KVADROKOPTER ƏLƏ KEÇİRİLİB

Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, hava hücumundan müdafiə bölmələrimiz tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…