8 Oktyabr 2024 / 15:41

ERMƏNİSTAN SÜLH MÜQAVİLƏSİ İMZALAMAĞIN BİR ADDIMLIĞINDA

Nəhayət, Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır…

Tezadlar.az “Sputnik Armeniya”ya istinadla bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyandan bu gün daha bir açıqlama gəlib. Hətta Paşinyan  deyib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır. Sitat: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

Bəli, Paşinyan bir zaman ermənilərin xilaskarı kimi tarixə düşəcək. Əgər bu müqaviləni imzalasa… Amma imzalamamaqdan da başqa yolu yoxdur…
A.Məmmədli 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!