Əsas məzmuna keç

ERMƏNİSTAN YALAN XƏBƏRLƏR YAYMAQLA ORDUSUNDAKI İTKİLƏRİ GİZLƏTMƏK MƏQSƏDİ GÜDÜR

“Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralananlar barədə məlumatları gizlətmək məqsədi güdür”.

Bu barədə Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…