Əsas məzmuna keç

ERMƏNİSTANDA LENİNQRAD UŞAQLARININ ABİDƏSİNİ TƏHQİR EDƏN SAXLANILIB

İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının abidəsini ləkələyən şəxs saxlanılaraq Ermənistan İstintaq Komitəsinə təhvil verilib.

Bu barədə respublikanın daxili işlər nazirinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

“Mühasirədə olan Leninqrad uşaqlarının abidəsini ləkələyən şəxs saxlanılıb. O, bu işə rəhbərlik edən Ermənistan İstintaq Komitəsinə təhvil verilib”, – Sarkisyan bildirib.

Xatırladaq ki, yanvarın 30-da TikTok sosial şəbəkəsində sosial şəbəkə istifadəçisi Samvel Şirinyanın Rusiya Federasiyasının bayrağını bildirən lentləri cəsarətlə cırıb tapdaladığı, çələngləri yıxdığı və Rusiya Federasiyasına qarşı təhqiramiz ifadələr işlətdiyi səs yazısı yayılıb. Ermənistan İstintaq Komitəsi bu faktla bağlı cinayət işi açıb.

​​​​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…