Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan Baş Prokurorluğu bu gün keçirilən vaxtından əvvəl parlament seçkiləri zamanı 64 pozuntu halını qeydə alınıb.
Bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan bildirib.
Onun sözlərinə görə, qanun pozuntuları barədə məlumatlar polisdən, seçki iştirakçılarından, müşahidəçilərdən və mediadan əldə edilib.
E.Arsenyan deyib ki, pozuntular səsvermə sirrinin pozulması, təkrar səsvermə, rüşvət vermə, əmlaka ziyan, seçki hüquqlarının pozulması, zor tətbiq etmə ilə əlaqəlidir: “Seçki məntəqəsində zorakılıq tətbiqi ilə bağlı cinayət işi açılıb”.