20 İyun 2021 / 08:16

ERMƏNİSTANDA SEÇKİ MƏNTƏQƏSİNDƏ SİLAHLI ATIŞMA

Ermənistanın Ararat vilayətinin Azataşen kəndindəki seçki məntəqələrindən birində atışma səsləri eşidilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Məlumata əsasən, Hadisə yerinə gələn əməliyyat qrupu “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının nümayəndələri arasında dava olduğunu aşkar edib. Hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb.

İstintaq davam edir, silah ələ keçirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!