Əsas məzmuna keç

ERMƏNİSTANIN BÜTÜN KEÇMİŞ MÜDAFİƏ NAZİRLƏRİ SATQIN İMİŞ

Ermənistan parlamentində səsləndirilən bu məsələ insidentə səbəb olub

Hətta Ermənistan Baş naziri Nikol Paşinyanın qaynı, Anna Akopyanın qardaşı, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından deputat Qraçya Akopyan bu gün Ermənistan parlamentində baş verən insident zamanı zaldan çıxarılıb.

“Sputnik Armenia” xəbər verir ki, Q.Akopyan təhlükəsizlik xidmətinin əməkdaşı tərəfindən zaldan çıxarılarkən ana söyüşü söyməyə başlayıb.

Həmin anlar “Hraparak” qəzetinin müxbiri tərəfindən lentə alınıb.

Sakitləşdikdən sonra jurnalistlərlə söhbət edən Paşinyanın qaynı deputat həmkarı Hayk Sarkisyanın parlamentdə insidentə səbəb olan Ermənistanın bütün keçmiş müdafiə nazirlərinin satqın olması fikrini təkrar edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…