Əsas məzmuna keç

ERMƏNİSTAN MÜXALİFƏTİ İRƏVANDA ETİRAZ YÜRÜŞÜNƏ BAŞLADI

İrəvanda bir qrup etirazçı Fransa meydanından Qələbə parkına doğru yürüşə başlayıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.  

Bildirilir ki, yürüşün sonrakı marşrutu barədə konspirasiya məqsədilə məlumat verilmir.

Yürüşdə minə yaxın insan iştirak edir. Polis yürüşü müşayiət etsə də, etirazçılara mane olmur.

Qeyd edək ki, bir müddət öncə parlamentin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan etirazçıların cümə günü dörd böyük qrupla itaətsizlik nümayişi keçirərək paytaxtı iflic vəziyyətinə salmağa hazırlaşdığını bildirib.

Xatırladaq ki, aprelin 25-dən etibarən Ermənistanda müxalifətin miqyaslı etiraz aksiyaları keçirir.

Etirazçılar hakimiyyətin apardığı siyasətin dövlətçiliyin itirilməsi ilə nəticələnə biləcəyindən narahatlıqlarını ifadə edıblər.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…