14 Avqust 2025 / 21:47

Erməni Azərbaycanla Ermənistanın imzaladığı müqaviləni yeni müharibənin anonsu adlandırıb

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-da keçirilən görüşdə imzaladığı saziş regionda yeni müharibənin başlanacağını elan edən sənədə çevriləcək.

Tezadlar.az xəbər verir ki, bunu RT-yə müsahibəsində erməni politoloq Xaçik Qalstyan deyib.

“ABŞ-ın nəzarətində olan dəhliz sırf Türkiyə və Azərbaycanın maraqlarına xidmət edəcək. Regiondakı iki əsas oyunçunun – İran və Rusiyanın maraqlarına məhəl qoyulmayacaq”, – o vurğulayıb.

Ekspert əlavə edib ki, İran və Rusiya “təmiz oturmayacaq”, Ermənistan isə “yeni bölücü xətlərə və yeni regional münaqişə üçün böyük potensiala malik yeni Suriyaya” çevriləcək.

Xatırladaq ki, aqvqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həlli barədə birgə bəyannamə imzalayıblar. Sənəd iki ölkə arasında tam hüquqlu sülh müqaviləsinin imzalanması istiqamətində ilk addım oldu.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!