Erməni blogger maraqlı statusu ilə diqqəti cəlb edib. Natalya Aleksanyan yazır: “Xeyr, təəccüblənmədim. Dünən ürəyim qalmaqal istədi, dedim, müxalif saytlara göz gəzdirim… Bəs mən nə gördüm! Yeni bir “sensasiya”! Elə bil Nikol Paşinyan Sevanı İlham Əliyevə verib ki, taxıla yol verilsin. Düzünü desəm, güldüm. Ancaq intriqaçı müxalifətçilər, ancaq bu cür boş-boş yalanlar uydura bilər.
Gəlin yaddaşı bir az yeniləyək. 44 günlük müharibədən sonra eyni dairələr gecə-gündüz qışqırırdılar: “Azərbaycan tezliklə Ermənistana hücum edəcək”. Hücuma məruz qalıb? Xeyr! Sonra yazdılar: “Bal təhvil verilib”! Dostluğumda Meğridən olanlar var? Cavab verin, belə bir şey görmüsüz?
Sonra da yazdılar ki, “Cermuk verilib”! Bir dəqiqə, Amulsarı satan sən deyildin? İndi də həmin hökumət bir hissəsini 10% bərpa etməyi bacarıb.
Edmon Marukyan məşhur məntiqi ilə davam edir: “Əliyevə qalib gələ bilmərik, heç olmasa Nikolu işdən çıxaraq! “.
Edmonçik, düzünü desəm, Əliyevə sənin gücün çatan deyil, sən bunu edə bilməzsən, amma sənin qorxaq “KQB” agentin belə deyə bilər. Sən yalnız öz xalqına qarşı güclüsən.
İlham Əliyevə gəlincə, sən ancaq onun adından qorxursan deyə, ona əhsən demək olar! Bu da bizim qeyri-sabit müxalifət dəstəsi.
Baş nazirim Nikol Paşinyana da halal olsun ki, sizin mənasız qeybətləriniz və hay-küyünüzə fikir verməyib, ölkəni inkişaf etdirməyə davam edir.
İSTƏSƏN DƏ, İSTƏMƏSƏN DƏ SÜLH OLACAQ!”.