Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Avronest Parlament Assambleyasında Gürcüstan əleyhinə qətnaməni imzalayanlar həmin deputatlardır ki, onlar artıq uzun müddətdir gürcülərin düşməni kimi özlərini göstərirlər və bundan əvvəl də bir neçə oxşar qətnamə qəbul ediblər”. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri parlamentin vitse-spikeri Nino Tsilosani deyib. “Təəssüf ki, həmin sənədi dəstəkləyən avropalı deputatlar arasında erməni deputatlar da var, onlar əslində, öz baş nazirlərinə (Nikol Paşinyana) etimadsızlıq göstərmiş oldular. Çünki Ermənistan Baş naziri rəsmi səfərlərlə dəfələrlə Gürcüstanda olub və xalq tərəfindən seçilmiş hökumət nümayəndələri ilə görüşüb. İndi isə elə bir qətnaməni dəstəkləyirlər ki, orada Gürcüstan hökumətinin guya qeyri-legitimliyindən danışılır. Bu, əslində, onların öz baş nazirlərinə inamsızlıqdır. Bütün bu arqumentlər açıq şəkildə göstərir ki, bu, nə qədər mənasız və məzmundanuzaq sənəddir, onun məqsədi sadəcə Gürcüstana zərər vurmaqdır”, – deyə Nino Tsilosani vurğulayıb.
Xatırlatma: Avronest Parlament Assambleyasının oktyabrın 31-də dərc etdiyi qətnamədə qeyd olunur ki, son dövrlərdə Gürcüstanda baş verən hadisələr demokratiyanın gerilədiyini göstərir. Avronestin son iclası oktyabrın 30-31 də İrəvanda keçirilib.