Əsas məzmuna keç

Erməni ekspertlər Bakıdadır

Bakıda noyabrın 21-22-də Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata əsasən, ekspertlər İrəvan-Bakı marşrutu üzrə çarter reysi ilə Azərbaycana gələcəklər. “Dəyirmi masada iştirak Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları aktivləşdirəcək və etimadın qurulması üçün mexanizmlər yaradacaq”, – məlumatda qeyd olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın