Ermənistan paytaxtındakı Rusiya VTB Bankının filialında soyğunçuluq hadisəsi baş verib. Bankı partlatmaqla hədələyən soyğunçu bankdan bir milyon dramdan çox pul oğurlayıb və polis gəlməmişdən əvvəl qaçmağa müyəssər olub.
Ermənistan KİV-nin məlumatına görə, bu gün İrəvandakı VTB Bank filialına günün günorta çağı silahlı hücum edilib.
Silahlı şəxs Şinararner küçəsi 25 ünvanında yerləşən bank filialına “Pulu verməsəniz, hər şeyi 20 saniyəyə partladacağam” yazısı olan lövhə ilə daxil olub.
Qorxuya düşmüş bank işçiləri kassadakı bütün nağd pulu – bir milyon dramdan çox (təxminən 2600 dollar) soyğunçuya təhvil veriblər və o, qaçıb.
Bank işçiləri hadisə yerinə polis çağırıblar, lakin onlar həmin şəxsi yaxalaya bilməyiblər və hazırda o axtarılır.
Soyğunçunun əlində hansı silahın olduğu barədə məlumat verilmir.
JASMİN

