Əsas məzmuna keç

Ermənilər Aİ-yə vizasız səyahət etmək üçün səbirsizlənirlər, bəs Aİ?..

Avropa Komissiyası hələlik Ermənistanla vizasız səyahətin tətbiqi üçün konkret bir zaman cədvəli təqdim etməyə hazır deyil.

Ermənistan KİV-nin məlumatına görə, bunu Avropa Komissiyasının sözçüsü Paula Pinyo bunu Brüsseldə keçirilən brifinqdə bildirib.

Viza liberallaşdırılmasının 2029-cu ilə qədər gözlənilə biləcəyi ilə bağlı suala cavab olaraq Pinyo qeyd edib ki, konkret bir tarix söyləmək  hələ tezdir.

“Viza liberallaşdırılmasının anı 2029-cu il və ya başqa bir tarixin olacağını proqnozlaşdırmaq üçün hələ çox tezdirmi? Deyərdim ki, elədir ki, var, həm də dəqiq demək üçün də hələ çox  tezdir”, – deyə o bildirib.

Ermənistan hökumət rəsmiləri əvvəllər Aİ ilə vizasız səyahətin tətbiqi üçün mümkün tarixləri açıqlamışdılar. Əvvəlcə onlar 2028-ci ili, daha sonra isə 2029-cu ili müzakirə ediblər.

Ermənistan və Avropa İttifaqı arasında viza liberallaşdırılması dialoqu 2024-cü ilin sentyabrında başlayıb.

2026-cı ildə Avropa Komissiyası Yerevana Viza Liberallaşdırılması Fəaliyyət Planını (VLAP) təqdim etdi.

 

JASMİN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…