Ermənistan İTV daha bir erməni yalanını ictimailəşdirərək Ukraynanın uzaq bir kəndindəki tarixi abidəni erməniləşdirməkdədir. Erməni İTV yazır ki, guya Ukraynanın Ternopol vilayətinin kənd ərazisində 414 illik unikal erməni abidəsi aşkar edilib. “Ternopol vilayətinin Yazlovets kəndində tədqiqatçılar təsadüfən 1611-ci ilə aid əsl tarixi xəzinə – “Erməni quyusu”nu kəşf ediblər…”
Sözə bax: “Kəşf ediblər”! Əvvəla, belə fakta rast gəlmə, yaxud tapmaq demək lazımdır. Məgər Ukrayna xalqına məxsus hansısa bir abidədə erməni dilində nəyəsə rast gəlmək elmi kəşf deməkdirmi???
Məlum olur ki: “Bu barədə Ukraynada yaşayan siyasi şərhçi Marat Hakobyan Facebook paylaşımında məlumat verib. Dörd əsrdən çoxdur ki, tikilinin böyük hissəsi yeraltı olduğundan, demək olar ki, naməlum olaraq qalıb. Kənardan daş divarlı və çuqun borulu adi bulağa bənzəyir, lakin altında 17-ci əsrdə erməni sənətkarları tərəfindən tikilmiş mürəkkəb hidravlik tikili var. Bulaqdan çıxan su əvvəlcə yeraltı su anbarına axır, sonra isə çıxır. Bulağın divarında Latın və erməni yazıları olan oyma daş lövhə qalıb və orada belə yazılıb: “Erməni Hakob onu 1611-ci ildə cəmiyyətin xeyrinə tikib. Bu xaç və bulaq Hakob və qardaşı Stepanın işidir. Usta daş ustası İbrahim işi sədaqətlə yerinə yetirib”.
Ukraynalı fb istifadəçilər isə bunu erməni fırıldaqçılığının daha bir növü adlandırıb. Hətta Nikolay adlı fb istifadəçi yazır ki, ermənilər Azərbaycan mədəniyyət nümunələrini oğurlayıb öz adlarına çıxdıqları bəs deyil, indi də Ukraynaya ilişirlər və gülmək işarəsi!
Nə deyə bilərik: belə getsə, ermənilər uyduracaq ki, Ukrayna dövlətinin əsasını erməni Hakopun babasının babasının babası qoyub!
Asif MƏRZİLİ
P.S.Bu erməni izi Şamaxının Mədrəsə kəndində erməni ustanın Alban kilsəsinə erməni xaçını pərçim etməsi kimi bir “tapıntı”dır. Artıq dünya erməni yalanlarına o qədər rast gəlir ki, daha ermənilərin özünə də şübhə həqiqətə çevrilir…

